Ölkədə 13 dövlət peşə təhsil mərkəzi yaradılıb
4.4.2017

Optimallaşdırma tədbirləri çərçivəsində Bakı və Gəncədəki 32 ilk peşə-ixtisas təhsili müəssisəsi birləşdirilərək 13 dövlət peşə təhsil mərkəzi yaradılıb. Hazırda onların fəaliyyətinin təşkili istiqamətində işlər görülür.

Bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili deyib.

A.Əlili diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yeni pilot peşə təhsili müəssisələrinin də yaradılması nəzərdə tutulur. Müvafiq sahəyə marağı artırmaq məqsədilə bölgələrdə də pilot müəssisələr istifadəyə veriləcək. Bu istiqamətdə görülən işlər nəticəsində məzunların təxminən 25 faizinin peşə təhsilinə maraq göstərəcəyi gözlənilir.

azertag.az