Bakıda Rusiya ilə Azərbaycan arasında münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş fotosərgi açılıb
5.4.2017

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Diplomatik münasibətlərin 25 illiyi: Rusiya - Azərbaycan” adlı fotosərgi açılıb.

Açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev və “Rossotrudnuçestvo” Agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış ediblər.

Sərgidə 25 il ərzində Rusiya-Azərbaycan münasibətlərinin inkişafında mühüm hadisələri əks etdirən fotoşəkillər və fotosənədlər yer alıb.

azertag.az