Türkiyənin populyar ifaçısı Rafet El Roman yenidən Bakıya gəlir.
Bu haqda məlumatı konsertin təşkilatçısı Nahid Emiloğlu verib.
Onun sözlərinə görə, konsert proqramı Qəbələdə yerləşən “Gafgaz Riverside Hotel”də baş tutacaq.
Konsertin tarixi isə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına təsadüf edəcək.
“Gecə bir çox maraqlı məqamları ilə yaddaq qalacaq. Rafeti səhnədə rəqs qrupu müşayiət edəcək. Həmin gün Rafetlə eyni məkanda azərbaycanlı müğənnilərin də çıxışı gözlənilir”.
Gün.Az