“Davay, do svidaniya”nın müəllifləri “Kasta” qrupuna mükafat təqdim ediblər - Video
3.10.2012

“Davay, do svidaniya”nın müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları RU.TV kanalının musiqi mükafatlarının təqdimat mərasimində iştirak ediblər.

Onlar tədbirə “Ən yaxşı hip-hop hit” nominasiyasında mükafatları təqdim edən ulduzlar qismində dəvət olunublar.

Mükafatlandırma mərasimi sentyabrın 29-da Moskvanın “Krokus Sity Hall” zalında baş tutub.

İntiqam və Ehtiram Rüstəmovlar “Ən yaxşı hip-hop hit” nominasiyasında “Soçinyaya meçtı” mahnısına görə “Kasta” qrupuna mükafat təqdim ediblər, həmçinin “Davay, do svidaniya” meyxanasının yeni versiyasını ifa ediblər.
Video

Gün.Az