Azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov sentyabrın 9-da “Krokus Sity Hall”da keçirilən müğənnilərin mükafatlandırma mərasimində iştirak edib.
RU.TV kanalının layihəsi olan ən yaxşı artistlərin ikinci mükafatlandırılma mərasimində Emin canlı ifası ilə yadda qalıb.
O, özünün “After The Thunder” albomuna daxil etdiyi “Heart Keeps Beating” (“Serdtse byotsa”) hitinin rus variantını oxuyub.
Qeyd edək ki, “Serdtse byotsa”nın klipi cari ilin baharından RU.TV kanalında rotasiyadadır.
Yeri gəlmişkən, müğənni bu günlərdə “Azad Azərbaycan” telekanalının canlı efirində də konsert proqramı ilə çıxış edib. Hər iki layihənin YouTube kanalına yerləşdirilən videogörüntülərini təqdim edirik.
Video 1
Video 2
Gün.Az