Azərbaycanda sözün əsl mənasında həm bütün parametrləri ilə dünya teleseriallarının tələblərinə cavab verə bilən teleserial çəkilişlərinə başlanılıb.
“Məhkumlar” adlanan teleserialın rejissoru və baş prodüseri Yaşar Əhmədov, ssenari müəllifi isə Vüsal Nurudur.
Serialda cəmiyyətdə baş verən sosial problemlər, ailədaxili zorakılıq, erkən nikahlar, yaxın qohum nikahları, valideyn-övlad münasibətləri kimi ciddi sosial problemlər öz ekran həllini tapıb.
Qeyd edək ki, ilk dəfə Azərbaycanda çəkilən bir teleserialın internet portalı (www.mahkumlar.az) da fəaliyyətə başlayıb.
İlk dəfə teleserialın tanıtım filmi ayrıca filmin bölümlərindən olan fraqmentlərdən istifadə edilmədən hazırlanıb.
Filmdə Adil obrazının ifaçısı həmyerlimiz İlkin İbayev xüsusi olaraq Avstriyadan ölkəmizə dəvət olunub. Teleserial sabah ATV telekanalının efirində nümayiş olunacaq.
Gün.Az