"Made in Azerbaijan" brendinin inkişafı Azərbaycanda kənd təsərrüfatı sahəsinin 2017-ci ildə 3, 2018-ci ildə isə 4 faizlik artımını təmin etməyə kömək edəcək.
Bu barədə Asiya İnkişaf Bankının "Asian Development Outlook 2017: Transcending the middle-income challenge" adlı hesabatında deyilir.
Qeyd olunur ki, 2016-cı ildə Azərbaycanda kənd təsərrüfatı 2,6 faiz, o cümlədən heyvandarlıq 2,8 faiz artıb.
trend.az