Seçimlərin final yarışmasında 5 nəfərə özünü sınamaq şansı verilib
Dekabrın 1-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək Uşaq Eurovision mahnı müsabqəsində iştirak etmək üçün ölkəmizin təmsilçisinin seçiminə başlanılıb.
İlkin dinləmələrdə azyaşlı istedadlar arasından 12 nəfər seçilib. Sonra isə peşəkar münsiflər heyəti tərəfindən onların arasından 5 nəfərə növbəti turda özünü sınamaq şansı verilib.
Final yarışmasına hazırlaşan həmin 5 nəfər müxtəlif dildə və üslubda mahnılarla münsiflər heyəti qarşısında çıxış edəcək. Həmin azyaşlılar bir qədər sonra İctimai Televiziyanın «Yeni Gün» proqramında ictimaiyyətə təqdim olunacaq.
Big.az