Azərbaycanlı turistlərin marağı 3 dəfə artıb - HARA?
6.4.2017

Azərbaycandan Türkiyəyə turist putyovkalarının satışı 30 faizədək artıb.

Bunu jurnalistlərə “SUMMER TOUR Workshop” forumu zamanı “Silk Way Travel” şirkətinin xarici turizm departamentinin direktoru Ayxan Əlləzli deyib.

Onun sözlərinə görə, bunun səbəbi erkən bronlaşdırma zamanı Türkiyə hotellərinin təqdim etdiyi endirimlərdir: “Bu gün forumumuzda Antalya, İzmir, Bodrum, Dalaman və İstanbuldan olan 60-dan çox hotel iştirak edir. Bütün hotellər beşulduzludur, onlar arasında lüks kateqoriyalılar da var. Yanvarın sonundan etibarən Türkiyə hotelləri erkən bronlaşdırma aksiyası keçirir və 50 faizədək endirimlər təklif edir. Bu da həmin istiqamətə marağın artmasına səbəb olur”.

trend.az