Müğənni 8 aylıq qızına $800 ayaqqabı aldı - Foto
3.10.2012

Ayaqqabı modelyer-dizaynerin əl işidirMəşhur amerikalı müğənni Beyons, deyəsən, qızını da özü kimi qlamur geyindirmək fikrindədir. Beyonsun və reper Cey-Zinin qızı Blu-Ayvinin cəmi 8 aylıq olmasına və hələ gəzə bilməməsinə baxmayaraq, anası onun üçün eksklüziv dizayner ayaqqabısı alıb.

Modelyer Ruti Devisin hazırladığı və svarovski daşları ilə bəzədiyi ayaqqabıların qiyməti, nə az-nə çox, düz 800 dollardır. Dizayner ayaqqabıların şəklini öz "Facebook" səhifəsində yerləşdirib.

Big.az