Rihanna metroya mindi – Fotolent
7.10.2011

Məşhur müğənni Rihannanın London konserti özəl bir məqamla yadda qalıb. 23 yaşlı müğənni konsert verəcəyi məşhur O2 Arena salonuna metro ilə getməyə qərar verib. Rihanna bir qrup pərəstişkarı ilə birlikdə metroya daxil olub. O, pərəstişkarları ilə şəkil də çəkdirib.
Müğənni konsertdə londonlu pərəstişkarlarına bir-birindən maraqlı şoular göstərib.