Rihanna bu gün Bakıya gəlir - Video
4.10.2012

Dünya şöhrətli R&B ifaçısı Rihanna oktyabrın 3-də Bakıya gəlir.

“Universal Müzik” Qrup şirkətinin Azərbaycandakı nümayəndəsi “Omnikomo” Müzik Qrup şirkətinin PR və marketinq direktoru Zaur Darabzadə bildirib ki, sənətçini müşayiət edən 80 nəfərlik heyət artıq paytaxtdadır.

Konsertlə bağlı hazırlıq işlərinə başlanılıb. Rihanna özü isə yoldadır. Bu gün ərzində dünya şöhrətli ulduz Bakıya gələcək.

Qeyd edək ki, Rihannanın sentyabrın 5-də “Bakı Kristal Zalı”ndakı konserti “Universal Müzik” qrup şirkətinin Azərbaycandakı nümayəndəsi “Ommikomo” Müzik Qrup şirkətinin sponsorluğu ilə keçiriləcək.

Video

http://gun.az