“YARAT Akademiyası”nın ikinci mərhələsi başlayır
10.4.2017

Aprelin 12-də “YARAT” Müasir İncəsənət Mərkəzi “YARAT Akademiyası” layihəsinin ikinci mərhələsinə başlayır.

İkinci mərhələ müxtəlif ölkələrdə mövcud olan kuratorluq sənətinin öyrənilməsinə həsr edilir. Belə ki, iştirakçılar beynəlxalq səviyyəli kuratorların mühazirələri ilə yanaşı, praktiki hissədə kiçikmiqyaslı kurator layihələrini hazırlayacaqlar. Kurs çərçivəsində müxtəlif yerli rəssamların emalatxanaları ziyarət ediləcək, onlarla yaradıcılıq haqqında müzakirələr aparılacaq. Bütün mühazirələr Azərbaycan dilinə sinxron tərcümə olunacaq.

Dərslər “YARAT” Müasir İncəsənət Mərkəzində hər çərşənbə və cümə günləri, saat 19:00-da baş tutacaq.

azertag.az