Bu gün 3 ölkə 2026-cı il dünya çempionatına namizədliyini rəsmən açıqlayacaq
10.4.2017

ABŞ, Kanada və Meksika futbol üzrə 2026-cı il dünya çempionatına birgə namizədliklərini irəli sürəcəklər. Bu barədə CONCACAF-ın (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası) Konqresində açıqlama verilib.
Sənədlər bu gün ABŞ-ın Nyu-York şəhərində təqdim olunacaq. CONCACAF aprelin 10-da tarixi bəyanat verəcəyini bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 komanda mübarizə aparacaq. Təşkilatçı ölkə və ya ölkələrin adı 2020-ci ilin mayında açıqlanacaq. Sonuncu dəfə Meksika 1986-cı, ABŞ isə 2004-cü ildə dünya çempionatı təşkil edib. Kanada isə hələ buna nail olmayıb.

report.az