Türkiyədə fəaliyyət göstərən "PASHA Yatırım Bankası" 171 günlük 27 mln. türk lirəsi həcmində korporativ not emissiyasını uğurla yerləşdirib. Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verilir ki, bu qərar Bankın İdarə Heyəti tərəfindən martın 31-i verilib.
Notlar rezidentlərə satılıb. Notların tədavül müddəti sentyabrın 25-də bitir. Emissiya qiyməti isə 94,343 lirə təşkil edir. Notlar üçün ödəniləcək gəlirlilik illik 12,8%-dir.
report.az