"PASHA Yatırım Bankası" korporativ not emissiyası yerləşdirib
10.4.2017

 Türkiyədə fəaliyyət göstərən "PASHA Yatırım Bankası" 171 günlük 27 mln. türk lirəsi həcmində korporativ not emissiyasını uğurla yerləşdirib. Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verilir ki, bu qərar Bankın İdarə Heyəti tərəfindən martın 31-i verilib.
Notlar rezidentlərə satılıb. Notların tədavül müddəti sentyabrın 25-də bitir. Emissiya qiyməti isə 94,343 lirə təşkil edir. Notlar üçün ödəniləcək gəlirlilik illik 12,8%-dir.

report.az