Bakı şəhərində, eləcə də Azərbaycanın regionlarında talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı var. Yaşadığımız mühitdə mövcud olan belə ictimai-sosioloji problemlərə biganə qalmamaq məqsədi ilə ötən illərdə olduğu kimi "Amrahbank" ASC bu il də Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində "Azərbaycan Talassemiya Federasiyası" ilə birlikdə qanvermə aksiyası keçirib.
Bankdan verilən məlumata görə, Beynəlxalq Sağlamlıq Gününə təsadüf edən qanvermə aksiyası aprel ayının 7-də, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi 45A, 987-ci məhəlllə ünvanında yerləşən "Amrahbank"ın baş ofisində təşkil olunub. Aksiyada Amrahbank kollektivinin üzvlərindən başqa, müştərilərin, qonaqların da aktiv iştirakı ilə 40-a qədər könüllü qan verib.
Tədbirdə iştirak edən "Amrahbank" İdarə Heyətinin sədri Emil Həsənov aksiya iştirakçılarına Amrahbank adından öz təşəkkürünü bildirib, qan donorluğu, xüsusilə korporativ donorluğun əhəmiyyətindən danışıb və belə sosial əhəmiyyətli korporativ tədbirlərin bundan sonra da davam etdiriləcəyini bir daha vurğulayıb.
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır. Hal-hazırda bankın 23 filiali və bir şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir,, Bərdə, Gəncə, Masallı kimi regionlarını da əhatə edir.
trend