Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan
Tarixi Muzeyində bu elm ocağının təşkilatçılığı, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə müsəlman Şərqində ilk
dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş
Beynəlxalq elmi simpoziumun bölmə iclasları keçirilmişdir.
Simpoziumda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Misir, Ukrayna,
Gürcüstan, Rysiya və digər ölkələrdən gəlmiş mütəxəssislər mövzuya dair
məruzələrlə çıxış etmişlər.
Simpoziumun materialları toplu şəklində çap olunmuşdur.