Hansı ölkənin milyarderi çoxdur?
4.10.2012

«Wealth-X» tədqiqat şirkəti milyarderlərin ən çox yaşadığı ölkələrin reytinqini tərtib edib.

Ekspertlər qeyd edir ki, dünyada iqtisadi qeyri-müəyyənliyə baxmayaraq, varlıların klubunda yenə də 9,4 faiz artım müşahidə olunub. Bununla yanaşı var-dövlətinin sayı 30 milyondan çox olan həddən artıq varlı insanların sayı 2 faiz aşağı düşüb.

Milyarderlərin sayına görə, siyahıya ABŞ başçılıq edir. Sonrakı yerləri Çin, Britaniya, Almaniya, Hindistan, Rusiya, Honkonq, İsveçrə, Braziliya, Kanada tutur.

Lent.az