“Neftçi”, yoxsa Milan “İnter”i?
4.10.2012

Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilir. Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxacaq.

“Neftçi” qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya “Partizan”ı ilə görüşmüşdü. Komandamız səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacarmışdı – 1:1. İndi təmsilçimiz bu uğurun davamını “İnter”lə görüşdə gətirməlidi. Hansı ki, İtaliya klubu H qrupunun əsas favoritidi və “ağ-qaralar”ın belə bir dünya nəhəngi ilə sınağı böyük maraqla gözlənilir.

Bu gün “Neftçi”nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda Serbiya “Partizan”ı da Rusiya təmsilçisi “Rubin”lə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası
H qrupu
4 oktyabr

21:00. NEFTÇİ – İNTER (Bakı)
Baş hakim: Kevin Blom (Hollandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

ANN.Az