Maşın sürmək üçün ən təhlükəli gün hansıdır?
4.10.2012

Maşın sürmək üçün ən təhlükəli gün cümə günüdür. Amerikalı ekspertlər belə bir qənaətə gəliblər. "Nationwide Insurance" şirkətinin verdiyi məlumata görə, Amerikada ən çox avtomobil qəzaları həftənin 5-ci günləri baş verir. Həmin gün Birləşmiş Ştatlar ərazisində 4-6-dan çox yol qəzası baş verir.

"Cümə günləri insanlar qarşıdakı istirahət günləri barədə düşünürlər, planlar qururlar, bu səbəbdən yoldan diqqətləri yayınır", - şirkətin vitse-prezidenti Bill Vindzor bildirib.

Onun sözlərinə görə, qəzaların çoxu pik vaxtlarında baş verir və əsasən də, qarşıda gedən avtomobillə toqquşma halları qeydə alınır.

Milli.Az