Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib.
Şirkətdən verilən məlumata görə, 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar aprelin 10-u axşam saatlarından etibarən Əziz Əliyev küçəsinin Qoşa Qala qapılarının qarşısındakı hissəsində yolun kənarına baryerlərin quraşdırılmasına başlanacaq.
Bunun ardınca iş prosesi İstiqlaliyyət küçəsi boyunca davam etdiriləcək. Niyazi küçəsinə qədər görüləcək baryer quraşdırma işlərinin aprelin 17-dək başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, trekin paytaxtın mərkəzi küçələrindən keçən hissələrində görülən işlər bir qayda olaraq nəqliyyatın hərəkətinin sıx olmadığı saatlarda (22:00-dan 06:00-dək) həyata keçirilir.
Paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərini saxlamamaları xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.
trend