5 oktyabr-Beynəlxalq Müəllimlər Günü
5.10.2012

"Yeni tədris ilində Bakıda 5060 şagird yerlik 7 məktəb binası inşa edilib" SİA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar keçirilən bayram tədbirində deyib. Onun sözlərinə görə, paytaxtdakı 8 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün 3180 yerlik əlavə korpus tikilərək istifadəyə verilib.
İdarə rəisi deyib ki, hazırda BŞTİ-nin tabeliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu məktəblərdə 311 min 695 nəfər şagirdin təlim-tərbiyəsi ilə 29 min 870 nəfər müəllim məşğul olur.

Rzaquliyevanın sözlərinə görə, 2006-2012-ci illərdə ali məktəblərə qəbul imtahanları zamanı aşağı nəticələr göstərən məzunların sayı azalıb, yüksək nəticə göstərən məzunların sayı artıb. Məzunlarının 50 faizindən çoxu tələbə adı qazanan tələbə adını qazanan təhsil müəssisələrinin sayında ciddi artım qeydə alınıb.

Ölkə prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsilimizə böyük diqqət göstərir.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müəllimlərə təbrik müraciəti də səslənib. Müraciəti BŞTİ-nin rəisi Nailə Rzaquliyeva oxuyub. Azərbaycan müəllimləri təbrik edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycanın təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, ölkədə müstəqillik əldə edildikdən sonra bu bayram qeyd olunur.

Azərbaycanda təhsilin çox sürətlə inkişaf etdiyini deyən nazir qeyd edib ki, son illər Azərbaycanda yeni tikilən məktəblərin sayı 2000-i keçib.

O, Azərbaycanda təhsil almaq üçün münbit şəraitin yaradıldığını da deyib.

http://www.sia.az