Avropa İTS Palatası Azərbaycan Milli Incəsənət Muzeyinə “Avropa Muzey Standartı” təqdim edib
7.10.2011

Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının Direktorlar Şurasının yekdilli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Milli İncəsənət Muzeyinə “Avropa Muzey Standartı” (EUMS) verilib. Muzeydən verilən məlumata görə, standartın fəxri diplomu Mədəniyyət Nazirliyində EEİG-nin Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyev tərəfindən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə təqdim edilib.
Qeyd edək ki, “Avropa Muzey Standartı” Brüsseldə yerləşən Avropa Ticarət, Kommersiya və Sənaye Palatasının təyin etdiyi standart və kriteriyalara cavab verən, göstərilən muzey anlayışına uyğun gələn, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik, xüsusi məsləhətlərin mövcud olduğu seçilmiş muzeylərə verilir. Azərbaycanda Milli İncəsənət Muzeyinə verilən bu sertifikat muzeyin direktoru, professor Çingiz Fərzəliyevə təqdim ediləcək.