Azərbaycan şirkətləri bir neçə gündən sonra İKT sahəsi üzrə Belarusda keçirilən sərgidə iştirak edəcəklər.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu barədə IV Beynəlxalq “Caspian Energy” forumunda məlumat verib.
Nazir müavini, həmçinin bildirib ki, yaxın vaxtlarda Moskva şəhərində də Azərbaycanın milli pavilyonunun açılması gözlənilir. Pavilyonda ölkəmizin özəl şirkətləri İKT üzrə məhsullarını nümayiş etdirəcəklər.
azertag.az