«Azərbaycan Hava Yolları» QSC (AZAL) bir sıra Avropa şəhərlərinə aviabiletlər üzrə xüsusi tariflər tətbiq edib.
AZAL-dan verilən məlumata görə, aviaşirkət Bakı-Praga-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətlərində uçuşlara xüsusi güzəştli ekonom-sinif tarifi tətbiq edib.
«Bu tarif çərçivəsində oktyabrın 31-dək Praqa, Milan, Roma, London və ya Paris şəhərlərinə tur-paket əldə edildikdə, gediş-dönüş aviabileti 200 avro məbləğində rəsmiləşdirilir. Qiymətə hava limanı yığımları daxil deyil», - deyə AZAL-dan bildirilib.
Qeyd edək ki, aviabiletin həmin qiymətlə əldə edilməsi yalnız iki istiqamətli reyslərin və yalnız ilkin uçuş Bakıdan olduğu halda mümkündür.
APA