Su qiymətinə ev satılır
5.10.2012

Britaniya Avropada və dünyada daşınmaz əmlak qiymətlərinin ən baha olduğu məkanlardan biridir.

Londonun məşhur küçələrindən birində mənzil və ya ev almaq üçün əksər hallarda yüz minlərlə funt-sterlinq ödəmək lazım gəlir.

Middlsboro şəhərindəki küçələrindən birində çox ucuz qiymətə ev almaq olar.

Məsələn, burada cəmi 750 funt-sterlinq verərək balaca ev almaq, 3 yataq otağı, bağı olan məkana yiyələnmək olar.

Port Klarensdəki Limetrees Close-daev ev çox ucuzdur.

Hərracı keçirən şəhər bələdiyyəsinin dediyinə görə, bu ev investisiya üçün əla imkandır.

O da vurğulanır ki, evin belə ucuz qiymətə satılmasının səbəbi həmin evdə yanğın baş verməsidir.

Big.az