"Azercell" müştərilərinə xəbərdarlıq edib
13.4.2017

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı abunəçilərinə xəbərdarlıq edib.
Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aprelin 14-də şirkətdə təkmilləşdirmə işləri aparılacaq.
Bununla əlaqədar olaraq, qeyd edilən tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

report.az