Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə-publisist Mətanət Ulu Şirvanlı oxuculara yeni nəşrini təqdim edib.
Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin layihəsi çərçivəsində “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görən “Salam, Qoca” fəlsəfi düşüncələr toplusuna filologiya elmləri doktoru, professor İsmayıl Kazımov “Ön söz” yazıb.
Nəşrdə M.U.Şirvanlının ədəbi-fəlsəfi düşüncələri əksini tapıb. Müəllifin düşüncələrinin mövzusu adı çəkilməyən qadındır. Sanki bu qadın şairənin özüdür. Həmin qadın muzeydə, qəbiristanlıqda, dəniz kənarında görünür, gördüyü yerlər haqqında fikir və düşüncələrini bölüşür. O qadın daxilən zülmətə bürünüb. Lakin fikirləri çox aydındır, Ulu Tanrısını düşünür.
Kitabdakı əsərlər oxuculara esse janrında təqdim olunur.
azertag.az