Daşkənd şəhər Azərbaycan Mədəniyyət Mərkəzinin hesabat-seçki konfransı keçirilib
14.4.2017

Özbəkistan Beynəlmiləl Mədəniyyət Mərkəzində (BMM) Daşkənd şəhər Azərbaycan Mədəniyyət Mərkəzinin hesabat-seçki konfransı keçirilib.

Əvvəlcə görülən işlərlə bağlı hesabat məruzəsi dinlənilib.

BMM-nin sədri Nəsrəddin Məhəmmədiyev, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov, Azərbaycanın Əməkdar Artisti Kövkəb Əliyeva və başqaları Daşkənd şəhəri üzrə AMM-nin fəaliyyətindən danışıb, mərkəzin işinin gücləndirilməsinin vacibliyini bildiriblər.

Sonra səsvermə ilə konfransda 22 nəfərdən ibarət idarə heyəti seçilib.

İdarə heyəti isə gizli səsvermə yolu ilə Firdovsi Hüseynovu Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri seçib.

Diasporumuzun fəalı Nazimə Qarayeva AMM sədrinin müavini təsdiq edilib.

Firdovsi Hüseynov çıxışında etimad göstərdiklərinə görə idarə heyətinə minnətdarlığını bildirib. Qeyd edib ki, mədəniyyət mərkəzinin səmərəli fəaliyyət göstərməsi üçün əlindən gələni əsirgəməyəcək.

azertag.az