Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası Bakıda keçiriləcək.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, hökumətlərarası komissiyasının iclası çox güman mayın ortalarında Bakıda keçiriləcək.
Qeyd edək ki, hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycan və Qazaxıstanın energetika nazirləri Natiq Əliyev ilə Kanat Bozumbayevdir.
report.az