Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul aprelin 21-i saat 11-də Lənkəran şəhəri Mədəniyyət Mərkəzində ( Zərifə Əliyeva küçəsi, 99 ) keçiriləcək.
Qəbulda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.
report.az