Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində 1 milyard dollara başa gələcək yeni layihənin reallaşdırılmasına başlanılmışdır.
Ərəblər Hindistandakı Tac-Mahal mavzoleyinin tam surətinin yer alacağı yeni əyləncə kompleksini inşa edəcəklər. Bu binada 300 nömrəli otel və dəbdəbəli butiklər yerləşəcəkdir.
Məşhur Disneylendin analoqu əvəzinə, onun rəqibini yaradan Dubay əmirliyi qlamur əyləncə ilə yanaşı, unudulmaz hisslər bəxş edən Dubaylendin sahəsini və attraksionlarının sayını artıracaqdır.
Dubaylenddə dünyanın ən məşhur tarixi-memarlıq abidələri, kompleks və binalarının surətləri ilə yanaşı, çoxsaylı əyləncələr, istirahət məkanları da nəzərdə tutulmuşdur.
Əyləncə kompleksində dəniz canlıları və xüsusilə də delfinlərin olduğu Atlantida şəhərinin salınması da planlaşdırılmışdır.
Sadalanan komplekslər və binalar “Falcon City”nin tərkib hissəsi olacaqdır.
AzərTAc