Azərbaycan nümayəndə heyəti Dubayda keçiriləcək «ITU Telecom World 2012» sərgi-konfransında iştirak edəcək
8.10.2012

Oktyabr ayının 14-18-də Dubayda (BƏƏ) «ITU Telecom World 2012» sərgi-konfransı keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanı ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə İKT sahəsində fəaliyyət göstərən 30-a yaxın şirkət iştirak edəcək.

Sərgi zamanı 230 kv. metr sahəsi olan Azərbaycan pavilyonunun qurulması və pavilyonda hər şirkətə aid stendin hazırlanması nəzərdə tutulub. Tədbirdə şirkətlərin nailiyyətlərini nümayiş etdirmək üçün imkan yaradılacaq.

APA