Aprelin 19-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar İncəsənət Xadimi Fikrət Əliyevin xatirə gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Film Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə mərhumun sənət dostları, kinoşünaslar, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, Fikrət Əliyev rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayıb. O, “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərin rejissoru olub, “Dəli Kür” filmində Şamxal obrazını yaradıb.
azertag.az