Azərbaycanda zəlzələ olub
8.10.2012

Ölkə ərazisində zəlzələ olub. Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, oktyabrın 7-də Bakı vaxtı ilə saat 16:42-də İsmayıllı rayonundan 17 km cənub-şərqdə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 5,4 bal olub. Yeraltı təkanlar Pirqulu, İsmayıllı və Ağsu rayonlarında 5 bal, respublikanın başqa rayonlarında isə ( Bakı, Sumqayıt, Xırdalan və s.) 2-4 bal gücündə hiss olunub.

İlkin məlumata əsasən, insan tələfatı olmayıb.

ANS PRESS