"Azercell" abunəçilərinə xəbərdarlıq edib
17.4.2017

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı müştərilərinə xəbərdarlıq edib.
Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aprelin 18-də şirkətdə təkmilləşdirmə işləri aparılacaq.
Bununla bağlı olaraq, qeyd edilən tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

report.az