Arvadı-daşıma çempionatı keçirildi
8.10.2012

Amerika Birləşmiş Ştatlarında ənənəvi arvadı-daşıma çempionatı keçirilib. Men ştatında bu il 13-cü dəfə keçirilən maraqlı çempionatın iştirakçıları 50 cütlük olub və qaydaya görə, kişilər qadınları qucaqlarına alaraq, təyin olunmuş 254 metrlik məsafəni qaçmalı olublar. Bu yolda yarışçıları müxtəlif maneələr gözləyib.

Çempionatın qalibi isə Finlandiyadan olan cütlük olub. Aisto Myettinen və Kristina Hapanen ardıcıl olaraq artıq 4-cü dəfədir bu çempionatın qalibi olurlar.

Maraqlıdır ki, Arvadı-Daşıma Çempionatı ilk dəfə elə Finlandiyada keçirilib. Qaliblərin mükafatı isə daşınan qadının çəkisinin 5 misli ağırlığında nağd pul olub.

ANS PRESS