Yaponiyanın «Honda» avtomobil konserni 250 min avtomobilini, o cümlədən «CR-V» krossoverlərini geri çağırıb.
«Honda»nın 2002-ci ildən 2006-cı ilədək istehsal etdiyi bəzi modellərdə nöqsan aşkarlanıb. Belə ki, sürücü tərəfindən olan avtomobil qapısının elektrik kilidi ora yağış suyunun düşməsi nəticəsində hətta avtomobil sönmüş vəziyyətdə olduğu halda belə qızaraq alışıb yana bilər. Bu günədək 4 analoji hadisə baş verib. Onlardan heç birinin nəticəsində sürücünün sağlamlığına zərər dəyməyib.
APA