"Kapital Bank"ın yeni filialı istifadəyə verilib
17.4.2017

"Kapital Bank" ASC filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi,4 ünvanında yerləşən "Bravo" hipermarketdə yeni, sayca 91-ci filialını istifadəyə verib.
Banka istinadən xəbər verilir ki, müştərilər yeni konsepsiya əsasında təmir edilmiş filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Filial bazar ertəsi-cümə günü saat 11:00-dan 20:00-a qədər, şənbə və bazar günləri isə 11:00-dan 21:00-a qədər fəaliyyət göstərir.
"Kapital Bank" həmçinin yeni filialda "Bravo" marketlə birgə müştərilərə kredit aksiyası təqdim edir. Şərtlərə görə, hipermarketdə məişət texnikası əldə edən müştərilər ilk 3 ay ərzində faizsiz ödəmə imkanı əldə edirlər. Bu aksiyadan bütün müştərilər faydalana bilər. Kredit 12 ay müddətə rəsmiləşdirilir.
Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni, "Buzovna" şöbəsi fəaliyyətə başlayıb, "Həzi Aslanov", "Qubadlı" və "Göyçay" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmiri, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 91 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir.

report.az