Azərbaycan və Özbəkistan turizm assosiasiyası arasında münasibətlərin inkişafı barədə memorandum imzalanıb.
Bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, memorandumu hər iki ölkənin turizm assosiasiyalarının rəhbərləri Nahid Bağırov (Azərbaycan) və Nəbican Qasımov (Özbəkistan) imzalayıblar.
Sənəddə turizm sahəsinin inkişafı sahəsində təcrübə və məlumat mübadiləsi, birgə turların təşkili, turizmin təşviq olunması ilə bağlı birgə tədbirlər, eləcə də sağlamlaşdırma turizminin təşviq olunması kimi məsələlər nəzərdə tutulub.
trend