Qonaqlı-qaralı paytaxtımıza gələn musiqili qonaqların ardı-arası kəsilmir.
Bu dəfə Bakıya dünya şöhrətli “Pussycat Dolls” qrupu gələcək.
Təşkilatçılığı “Event” kompaniyası tərəfindən həyata keçiriləcək konsertin baş tutacağı məkan hələ ki, bəlli deyil. Hazırda qrupla danışıqlar aparılır, konsertin isə dekabrda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Pussycat Dolls” qrupu 2005-ci ildə ilk dəfə təqdim etdikləri “PCD” albomu ilə populyarlıq qazanıblar. Qrupun daha çox populyarlıq qazanan əsas vokalçısı isə Nikol Şirzingerdir.
Video
Gün.Az