“Soliton” mağazalar şəbəkəsində alış-veriş indi daha sərfəli oldu!
18.4.2017

“Soliton” mağazalar şəbəkəsi də Bakı Şopinq Festivalına qoşulub. Belə ki, “Soliton”un paytaxtımızda fəaliyyət göstərən 6 mağazası Bakı Şopinq Festivalının iştirakçı statusu alaraq Azərbaycan vətəndaşlarına və şəhərimizin qonaqlarına mayın 10-dək məşhur “Soliton” mağazalarında böyük güzəştlər təqdim edir.

Azərbaycan Konqreslər Bürosundan bildirilib ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Soliton”da mayın 10-dək bütün alınan mallara 30 faizədək endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Bakı Şopinq Festivalı alıcıları “Soliton”un “Baku Shopping Festival – Tax Free” loqosu olan 6 mağazasında alış-veriş etməklə, öz büdcəsinə 40 faizdən çox qənaət etməyə dəvət edir.

azertag.az