Unibank Azərbaycan bank xidmətlərində bir ilkə imza atıb. Bank fərdi sahibkarlar üçün Unibank Mobile BUSİNESS əlavəsini istifadəyə verib.
Bu barədə bankdan məlumat verilib.
Bu o deməkdir ki, Unibank müştərisi olan fərdi sahibkarlar istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə edə biləcəklər. Bu xidmət bankın müştərisi olan fərdi sahibkarlara banka gəlmədən, 24/7 Unibankdakı hesablarını idarə etmək, bankın digər xidmətlərindən faydalanmaq imkanı verir.
Unibank Mobile BUSİNESS fərdi sahibkarlara hansı imkanları yaradacaq?
Kartlarında və hesablarında olan vəsaitlərin idarə edilməsi;
Kartlar, hesablar, depozit və kreditləri ilə bağlı istənilən məlumatı almaq;
Kart və hesab üzrə çıxarışın əldə edilməsi;
Kartlar və hesablar arası köçürmələr, Unibankın digər müştərisinə köçürmələr etmək;
Kredit, kommunal, internet və digər ödənişlərin həyata keçirilməsi;
Bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapmaq, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tutmaq;
Valyuta kurslarından xəbərdar olmaq;
Günün istənilən vaxtı banka məktub yazmaq.
Yaxın günlərdə Unibank Mobile BUSİNESS daha da təkmilləşəcək. Fərdi sahibkarlar vergi, gömrük rüsumlarını və DSMF-yə ödənişlərini də bu mobil əlavə ilə edə biləcəklər.
Unibank Mobile BUSİNESS –lə istənilən yerdə işinizin başında olun!
Unibank Mobile BUSİNESS İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibank-ın mobil bank xidmətini bu linkdən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Fərdi sahikarlar Unibank Mobile BUSİNESS mobil əlavəsinə Asan İmza vasitəsi ilə və Unibankın filiallarında qoşula biləcəklər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile – Bankdan daha yaxın!
Unibank-hər kəsin bankı!
trend