İyunun 8-i Bakıda keçiriləcək növbəti Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda hər iki tərəfdən 300-ə yaxın şirkət iştirak edəcək.
Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Onun sözlərinə görə, Bakı forumunda yüksək səviyyəli qonaqlar iştirak edəcəklər: “Bizim öz biznesmenlərimizdən Azərbaycandakı biznes mühiti barədə eşitmək imkanı olacaq. Bundan başqa, biz Azərbaycanda islahatları necə dəstəkləyə biləcəyimizi nəzərdən keçirəcəyik”.
trend