“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Mikayıl Müşfiq küçəsində müvafiq işlər aparılır. ASC-dən Lent.az-a bildirilib ki, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərə sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edilir.
lent.az