Hər kəsin gözü bir neçə dəfə səyriyə bilər. Göz səyriməsi insanın özündən asılı olmayan əzələ hərəkətidir. Bəs bu halın baş verməsinə səbəb nədir?
Bununla bağlı mütəxəssislərin rəyini təqdim edirik.
Stress və yorğunluq əlaməti
Göz səyriməsi əsasən əzələlərin yorulduğundan xəbər verir. Saatlarla gözlərinizi qırpmamısınızsa və yuxu vaxtınız keçibsə, göz qapaqlarınızdakı əzələlər zəifləməyə başlayır. Stressli və narahat olduğunuz zamanlarda da göz qapaqlarınızda ani bir adrenalin meydana gələ bilər.
Çox kafein qəbulu
Qəhvə, bəzi çaylar, enerji içkiləri və bir çox qazlı içkilərdə olan kafein bədənin yatıb dincəlməyin lazım olduğunu xəbər verən kimyəvi siqnalları rədd etməsinə səbəb olur. Yetərli miqdarda kafein sizi canlandırar, ancaq çoxu gözlərdəki kiçik əzələləri titrədir.
Göz infeksiyası əlaməti
Gözləriniz bir anda səyirməyə başladısa, konyuktivit kimi göz infeksiyası əlaməti ola bilər. Göz infeksiyalarında göz qızarar, iltihablanır və qaşınır. Bu qaşıntı və irritasiya göz ətrafına və göz qapaqlarına da təsir edir.
Siqaret və spirt asılılığının təsiri
Hər hansı bir şeyə asılı olmaq sağlamlığa mənfi təsir edər. Siqaretdə olan nikotin ürək əzələlərinin boşalmasına yol açır. Gözləriniz də buna daxildir. Bu səbəbdən də bütün bədəndə əzələ səyriməsi olur. Spirt də bütün əzələləri zəiflədir və boşaldır. Bu, göz əzələlərini yorur.
Gözünüzdə xarici maddə ola bilər
Gözünüzdə xarici maddə varsa, bədəniniz onu atmaq üçün hər şeyi edəcək. Bu avtomatik simptomlardan bir dənəsi də göz səyirməsidir. Gözləriniz bir anda qaşınmağa, sulanmağa və səyriməyə başladısa, demək, həkimə müraciət etməlisiniz. Gözləriniz səyridikdə ovalamayın. Çünki bu, gözünüzə zərər verir.
Distansiya
Distansiya əzələlərin istənilmədən qasıldığı ciddi bir hərəkət pozuqluğudur. Gözə təsir edən blefarospazm adlı spesifik distansiya növü var. Blefarospazm ümumiyyətlə, nəzarətsiz göz qırpma ilə başlayır. Bu hal da tibbi yardım tələb edir.
Milli.Az