Nazir: "Bakı Şopinq Festivalı çərçivəsində 350 min manatdan çox vəsait alıcılara geri qaytarılıb"
18.4.2017

"Bakı Şopinq Festivalı başladığı gündən indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən alıçılara geri qaytarılıb".
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, bu, ümumi məbləğin 10 faiznin qaytarılması deməkdir: "Ümumi alış prosesi təxminən 3 milyon 500 min manat artıb. Digər vaxtlara nisbətdə bu rəqəmlər ümidvericidir. Hər hansı çətinliklər yaranan zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları peşəkarlıqla bunu aradan qaldırırlar".
Ə.Qarayev bildirib ki, Bakı Şopinq Festivalına maraq hər gün daha da artır: "Nəzərə alsaq ki, festivalın keçirilməsi üçün 2 ay müddətində hazırlıq işləri gördük. Ciddi təbliğat və reklam olmamışdı. Hesab edirəm ki, bu onu sübut edir ki, festival öz-özlüyündə maraq kəsb edib. Ayın sonunda bilinəcək ki, vəsait xaricə gedən turistlər, yoxsa yerli vətəndaş tərəfindən ödənilib".


report.az