2017-ci ilin yanvar-mart aylarında Azərbaycan sənayesinin qeyri-neft sektoru iki faiz artıb, neft sektoru isə 8,3 faiz azalıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin ilin ilk 3 ayı üzrə hesabatına istinadən məlumat verilir.
Qeyd olunan dövrdə sənaye istehsalının ümumi həcmi 10 milyard manat təşkil edib. Bu, 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 6,8 faiz azdır.
Bu ilin birinci rübündə hasilat sənayesində istehsalatın həcmi 7,2 milyard manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azdır.
Hesabat dövründə Azərbaycanda 9,46 milyon ton neft və qaz kondensatı hasil edilib. Bu rəqəm ötənilki göstəricidən 9,9 faiz azdır.
Bu ilin ilk üç ayı ərzində elektrik enerjisi, qaz və buxarla təchizat ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb.
trend