Oktyabrın 10-dan 14-dək Almaniyanın Frankfurt şəhərində 63-cü Beynəlxalq kitab sərgisi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, sərgidə ölkəmiz də təmsil olunacaq.
Xüsusi dizaynla hazırlanacaq 40 kv.m.-lik sahəni əhatə edən stenddə Azərbaycanın dövlətçilik tarixi, Qarabağ həqiqətləri, azərbaycanlıların soyqırımı sərgilənəcək.
Həmçinin 350 adda, 600 nüsxəyə yaxın Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm potensialımız haqqında müxtəlif bukletlər və digər çap məhsulları sərgi iştirakçılarına təqdim olunacaq.
Oktyabrın 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti, Almaniyanın Mainz Universitetinin bir sıra alimləri, Azərbaycan və Almaniyanın bir çoxa tanınmış dövlət və mədəniyyət xadimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulub.
Gün.Az